MARKETİNQ

25 Dekabr

"Forbes" bu il ən çox gəlir əldə edən yazıçının adını açıqlayıb

Bu il ən çox gəlir əldə edən yazıçı "Harry Potter" və "Lənətlənmiş Uşaqlar" kitabının yazarı Şotlandiyalı yazıçı Joanne Katlin Rovlin olub.

Fins.az "Forbes" jurnalına istinadən xəbər verir ki, onun illik gəliri 92 milyon dollar olub.

Qeyd edək ki, sonrakı pillələrdə "The President is Missing"(İtirilmiş prezident) kitabının yazarı Ceyms Patterson və "Becoming" (Mənim Hekayəm) avtobioqrafiyasının yazarı keçmiş ABŞ Prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama qərarlaşıb. Onların illik qazancı müvafiq olaraq 70 milyon dollar və 65 milyon dollar olub.