Maliyyə Monitorinqi Xidməti əməkdaşı Avropa Şurasının yüksək qurumunda büro üzvü seçilib

Maliyyə Monitorinqi Xidməti (MMX) tərəfindən “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının (CETS 198) Tərəflər Konfransının 2021-ci il 17-18 noyabr tarixlərində baş tutan 13-cü Plenar İclasında MMX-nin Hüquq departamentinin direktoru Azər Abbasov CETS 198 üzrə Tərəflər Konfransının Bürosuna üzv seçilib.

Fins.az xəbər verir ki, Qeyd edək ki, CETS 198 Konvensiyası 2005-ci il 16 may tarixində Varşava şəhərində imzalanıb. Sözügedən Konvensiyanın əsas məqsədi cinayətlərin istintaqı və bu cinayət fəaliyyətlərindən əldə edilən əmlakın axtarışı, izlənilməsi, aşkar edilməsi, dondurulması, üzərinə həbs qoyulması və müsadirəsi üzrə beynəlxalq əməkdaşlığın və qarşılıqlı yardımın təşviqini əhatə edir. Azərbaycan Respublikası 2017-ci il 31 may tarixli Qanunu ilə CETS 198 Konvensiyasını ratifikasiya etmişdir. Bundan başqa, Azərbaycan 2018-2021-ci illərdə CETS 198 Konvensiyası çərçivəsində aparılan horizontal qiymətləndirmələrdə iştirak etmişdir.

SHARE THIS STORY

FacebookTelegramTwitter