Kia Sportage modelinin yeni nəsli ABŞ-da debüt edib

Yeni nəsil Kia Sportage modeli artıq Koreyada və Avropada debüt edib, indi növbə Şimali Amerikada satılacaq krossoverə gəlib çatıb. Gözlənildiyi kimi, ABŞ-da 85 millimetr uzadılmış təkər bazasına (2755 millimetr) malik olan versiya satılacaqdır. Qabarit uzunluğu 4660 millimetr (+175 millimetr) olan krossover arxa dayaqdakı əlavə pəncərələri ilə də fərqlənir. Ümumilikdə, amerikan krossoverinin eksteryer və interyeri Koraya bazarında satılan versiya ilə eyni olsa da, onun özünəməxsus xüsusiyyətləri də mövcuddur.

İlk növbədə bu güc qurğusudur. Əgər Koreya və Avropada Sportage modeli turbomühərriklərlə təklif edilirsə, Şimali Amerka bazarı üçün 190 at qüvvəsinə və qarışıq püskürtməyə malik olan 2,5-litrlik GDI atmosfer mühərriki seçilib. Güc aqreqatı, digər bazarlarda təklif edilən şaybalı selektor əvəzinə adi transmissiya dəstəyinə malik olan 8-pilləli “avtomat” ilə tandemdə çalışır. Ötürmə – on oxa və ya tam ola bilər. Sonuncu halda avtomobilin klirensi 38 millimetr daha yüksək olacaqdır.

Koreyadakı çeşiddən başqa bamperləri, damdakı reylinqləri, 19-düymlük təkər diskləri, qara dekoru və süni dəri ilə örtülmüş oturacaqları olan X-Line versiyası da götürülüb. Lakin, əlavə olaraq, Amerika üçün X-Pro “ofroud” versiyası da hazırlanıb. Onun xüsusiyyətləri – yüksək profilli BFGoodrich şinləri olan 17-düymlük disklər və əlavə Snow hərəkət rejimidir. “Ofroud” versiyasının standart təchizatına tam LED işıq texnikası, alın şüşəsinin və şüşəyuyanların forsunkalarının elektriklə qızdırılması daxil edilib.

Eyni zamanda, Sportage modeli tarixində ilk dəfə yerli qeydiyyata malik olacaqdır. Yeni krossoverlər Kia şirkətinin Corciya ştatındakı zavodunda istehsal ediləcəkdirlər. Hazırda bu müəssisədə K5, Sorento və Telluride modellərini buraxırlar. Bununla birlikdə, bir sira versiyalar ABŞ-a birbaşa Koreyadan gətiriləcəkdirlər. Məsələn, sonradan modifikasiya çeşidinə daxil ediləcək hibridlər. Sportage modelinin benzin versiyaları 2022-ci ilin birinci rübündə satışa çıxarlacaqdırlar. Autograph

SHARE THIS STORY

FacebookTelegramTwitter