Əsas xəbərlər
Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib

Kaspersky-dən rəqəmsal təqiblə bağlı hesabat

Kaspersky-nin yeni sorğusuna əsasən, dünya üzrə istifadəçilərin 70%-i öz tərəfdaşlarının rəqəmsal təqibini məqbul hesab etmir. Onlar arasında bunun müəyyən şərtlər daxilində mümkün ola biləcəyini hesab edənlərin 63%-i öz tərəfdaşını təhlükəsizlik, 63%-i xəyanət şübhəsi səbəbiylə, 50%-i isə qanunsuz fəaliyyət şübhələrilə izləyə biləcəyini bildirib.

“Sorğumuzn məlumatlarına görə, respondentlərin üçdə birindən çoxunu (37%) tərəfdaşlarının onların rəqəmsal məxfiliyini poza bilmək ehtimalı narahat edir. Onlar, xüsusilə, yaxın bir şəxsin daha əvvəl və ya indi onların sosial şəbəkədəki fəaliyyətini yoxladığından (53%) və ya mətn mesajlarını oxuduğundan (51%) ehtiyat edir,” deyə Kaspersky-nin kibertəhlükəsizlik mütəxəssisi Viktor Çebışev qeyd edir. “Bugün məxfiliyə qarşı həm də stalker (gizli təqib) proqramları təhdid yaradır**. Ona görə də, proqramın necə işlədiyini və stalkerlə qarşılaşan zaman nə etmək lazım olduğunu bilmək vacibdir. Bu təhdidlə mübarizə aparmaq üçün, iki ilə əvvəl Stalker Proqramları ilə Mübarizə Koalisiyası (Coalition Against Stalkerware) yaradılıb. Bugün Kaspersky ilə yanaşı ona dünya üzrə 40-dan çox təşkilat daxildir.

“Məişət Zorakılığına Qarşı Milli Şəbəkə, Kaspersky-nin məxfilik və şəxsi ünsiyyət zamanı casus proqramlardan istifadə barədə məlumatlılığın artırılması istiqamətində atdığı addımları alqışlayır. Bu sahədə məlumat qıtlığı var, buna görə də, bu məlumatların təhlükəsizlik səviyyəsinin artırılması və zərərçəkənlərin gizliliyinin qorunması üçün istifadə ediləcəyini səbrsizliklə gözləyirik,” Məişət Zorakılığına Qarşı Milli Şəbəkənin (NNEDV) direktoru Erika Olsen bildirib.

Əgər istifadəçi cihazına stalker proqramının quraşdırıldığından şübhə edirsə, Kaspersky aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

  • casus proqramını silməyə tələsməyin, əgər o, şəxsi cihazda aşkarlanıbsa, təcavüzkar bunu görə bilər;
  • müdafiə strategiyası hazırlamaq üçün hüquq-mühafizə orqanları və məişət zorakılığı qurbanlarına yardım göstərən təşkilatlarla əlaqə saxlayın (bir sıra ölkələrdəki belə təşkilatların siyahısını www.stopstalkerware.com saytında görmək olar);
  • Stalker Proqramları ilə Mübarizə Koalisiyasının qorunma üsulları haqqında videoya baxın;
  • Koalisiyanın saytındakı materiallarla tanış olun, burada stalker proqramlarının aşkarlanması, silinməsi və onların hücumunun qarşısının alınmasına həsr edilmiş səhifə var;
  • cihazda stalker proqramının quraşdırılıb-quraşdırılmadığını müəyyən etmək üçün xüsusi həllərdən, məsələn, Android üçün Kaspersky Internet Security-dən istifadə edin.


Stalker Proqramları ilə Mübarizə Koalisiyası haqqında

Koalisiya, təqib proqramlarının istifadə olunduğu şiddət, təcavüz və təqib halları ilə mübarizə aparmaq məqsədilə 2019-cu ilin noyabrında yaradılıb. Hazırda informasiya təhlükəsizliyi həlləri istehsalçıları və şiddət qurbanlarına kömək edən QHT-lər də daxil olmaqla, koalisiya 26 təşkilatı təmsil edir. Problemin qlobal sosial əhəmiyyətini və bu cür proqramların yeni nümunələrinin müntəzəm olaraq meydana çıxmasını nəzərə alaraq, Stalker Proqramları ilə Mübarizə Koalisiyası yeni ortaqlıqlara açıqdır və müxtəlif təşkilatları əməkdaşlığa təşviq edir. Daha çox məlumatı www.stopstalkerware.org saytında əldə edə bilərsiniz. Məlumatlar hazırda İngilis, Fransız, İtalyan, İspan, Alman və Portuqal dillərindədir.

* 2019-cu ilin noyabrında təsis edilmiş Stalker Proqramları ilə Mübarizə Koalisiyasının yaranış ildönümünə həsr edilən sorğu, Kaspersky-nin sifarişi əsasında Sapio Research şirkəti tərəfindən 2021-ci ilin sentyabrında aparılıb. Sorğuda dünya üzrə 21 ölkədən 21,000 insan, o cümlədən Rusiyadan 1,002 nəfər iştirak edib.

** Stalker proqramı – təqib üçün hazırlanmış kommersiya proqramlarıdır, hansı ki, tez-tez gizli müşahidə və insanın şəxsi həyatına müdaxilə üçün istifadə edilir. Stalker tətbiqlərinin köməyilə qurbanın mesaj, fotoşəkil, sosial şəbəkə səhifələri, geolokasiya məlumatları, audio və video yazıları (o cümlədən real-vaxt rejimində) kimi məlumatlarına giriş əldə etmək mümkündür. Belə bir casus proqramının xüsusi özəlliyi ondan ibarətdir ki, onun quraşdırılması və tənizmlənməsi üçün qurbanın cihazına fiziki çıxış lazımdır. Üstəlik, bu cür proqramlar gizli fon rejimində çalışır, qurban isə onun varlığından xəbər tutmur.

SHARE THIS STORY

FacebookTelegramTwitter