Johnson&Johnson-un səhmləri bu açqlamadam sonra bahalaşdı

Johnson&Johnson iki şirkətə, istehlak məhsullarına və əczaçılıq/tibbi cihaz bölmələrinə bölünəcəyini açıqladıqdan sonra şirkətin səhmləri yüksəlib
ABŞ-ın səhiyyə nəhəngi Johnson & Johnson iki ayrı şirkətə bölünəcəyini açıqladı. Açıqlamada şirkətlərdən birinin istehlak məhsullarına, digərinin isə əczaçılıq və tibbi cihazlara diqqət yetirəcəyi bildirilib.

Şirkət bu transformasiyanın 18-24 ay müddətində reallaşacağını bildirib.

Şirkətin səhmləri bu açıqlamadan sonra ABŞ-da açılış öncəsi ticarətdə təxminən 4% bahalaşıb. Əczaçılıq bölməsi şirkətin 2020-ci ildə satışlarının 55%-ini, tibbi cihaz bölməsi 28 %-ini, istehlakçı bölməsi isə 17 %-ini təşkil edib. Şirkətin 2020-ci ildə ümumi gəliri 83 milyard dollar olub.

Bundan əvvəl ABŞ-ın sənaye şirkəti General Electric də üç açıq şirkətə bölünməyi planlaşdırdığını açıqlamışdı.

SHARE THIS STORY

FacebookTelegramTwitter