“iPhone 12” modelində səslə bağlı nasazlıqlar yaranıb

“Apple” şirkəti nasaz “iPhone 12” mobil telefonları geri çağırır.

Şirkət bununla bağlı xüsusi proqram işə salıb. 

Qeyd olunur ki, artıq səslə əlaqədar nasazlığı olan smartfonların qəbuluna başlanılıb.

Səslə bağlı nasazlıqdan ilk növbədə Birləşmiş Ərəb Əmirliklərindən olan istehlakçılar şikayət ediblər.

“Apple” şirkəti qeyd edir ki, problem “iPhone 12” və  “iPhone 12 Pro” çox az sayda telefonlarında müşahidə edilib.

Şirkətdən həmçinin qeyd olunur ki, mobil telefondakı audio problemlər qəbuledici modulun komponentində baş verən nasazlığından yarana bilər.

SHARE THIS STORY

FacebookTelegramTwitter