IKT

06 Noyabr

Azərbaycanın ən populyar mobil cihaz markaları açıqlanıb - SİYAHI

2025-ci ilin oktyabr ayında Azərbaycanda mobil cihazlar bazarında lider “Samsung” smartfonları olub. Onların bazar payı 24,55% təşkil edib.

Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, sentyabr ayı ilə müqayisədə “Samsung” markasının bazar payı 1,92 faiz bəndi, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 9 faiz bəndi azalıb.

İkinci yerdə “Apple” smartfonları qərarlaşıb. Bu markanın bazar payı 21,2% olub, aylıq ifadədə 1,17 faiz bəndi, illik müqayisədə isə 4,83 faiz bəndi artıb.

Siyahıda üçüncü sırada “Unknown” brendi yer alıb – onun bazar payı 25,71%, aylıq artım 2,78 faiz bəndi, illik artım isə 15,48 faiz bəndi olub.

Dördüncü yerdə “Xiaomi” smartfonları qərarlaşıb, bazar payı 17,87% təşkil edib. Bu göstərici aylıq artım 1,57 faiz bəndi, illik müqayisədə isə 10,04 faiz bəndi azalma deməkdir.

Digər markaların bazar payı isə belə bölünüb:

  • Honor – 4,34%
  • Huawei – 1,44%
  • Oppo – 0,9%
  • Realme – 0,69%
  • Infinix – 0,93%
  • Tecno – 1,03%
  • Motorola – 0,21%
  • LG – 0,01%
  • Google – 0,78%
  • Lenovo – 0,06%
  • Sony – 0,01%

Hesabat dövründə digər markalar isə bazarın 0,27%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az