IKT

05 Avqust

"WhatsApp" istifadəçiləri artıq telefon nömrəsi olmadan da mesajlaşa biləcək

“WhatsApp” mesajlaşma tətbiqinə “Qonaq çatı” adlı yeni funksiya əlavə ediləcək. Bu yenilik istifadəçilərə qeydiyyatdan keçməyən şəxslərlə də mesajlaşmaq imkanı verəcək.

Finss.az xəbər verir ki, “WABetaInfo” portalı bildirir ki, istifadəçi yeni çat yaratmaq istədikdə telefon nömrəsini göstərmədən ünsiyyət parametrlərini seçə biləcək. Tətbiq həmin məqsədlə unikal link yaradacaq və onu paylaşmaqla qarşı tərəf mövcud çatda “WhatsApp”ın veb-versiyasını istifadə edə biləcək.

“Qonaq çatı”da vaxt məhdudiyyəti olmasa da, müəyyən funksiyalar məhdudlaşdırılıb: yalnız mətn mesajları göndərmək mümkün olacaq, media faylları, sənədlər, stikerlər və GIF-lər isə ötürülə bilməyəcək.