Finss.az - ABŞ-n kosmik agentliyi NASA könüllü ixtisarlar proqramı çərçivəsində təxminən 4 min işçisini itirə bilər.
Bu, ABŞ prezidentinin federal işçi qüvvəsinin optimallaşdırılması məqsədilə həyata keçirilən genişmiqyaslı təşəbbüsün bir hissəsidir.
Agentliyin məlumatına görə, 25 iyul tarixinə qədər proqramda iştirak üçün 3 minə yaxın işçi müraciət edib ki, bu da ümumi heyətin 16,4%-ni təşkil edir. Bundan əvvəl oxşar proqram çərçivəsində 870 işçi işdən çıxarılıb. Potensial olaraq, ixtisarların ümumi sayı 3870 nəfərə çataraq NASA-nın işçi sayını 14 minə endirə bilər.
NASA rəhbərliyi bildirir ki, genişmiqyaslı ixtisarlar zamanı təhlükəsizlik prioritet olaraq qalacaq və islahatlar işin effektivliyini artırmaqla yanaşı, gələcək kosmik tədqiqatlar üçün zəruri potensialı qoruyacaq.