Finss.az - Samsung gələcək Galaxy smartfonlarında süni intellekt (Sİ) imkanlarını genişləndirmək üçün OpenAI və Perplexity ilə danışıqlar aparır.
Bloomberg-in məlumatına görə, şirkət hazırda Google-un Gemini modelindən əlavə olaraq istifadəçilərə daha çox Sİ-köməkçi seçimi təqdim etmək niyyətindədir.
Samsung-un mobil bölməsinin prezidenti Çxve Von-Cun bildirib ki, 2026-cı ildə çıxacaq Galaxy S26 seriyasında istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün bir neçə Sİ-agentlə əməkdaşlıq planlaşdırılır. Hazırda Perplexity ilə investisiya və inteqrasiya üzrə yaxınlaşmalar gedir.
Bundan əlavə, Samsung qatlanan smartfonlara investisiyalarını artırmağı, Qualcomm çiplərinə asılılığı azaltmaq və öz Exynos prosessorlarını inkişaf etdirməyi hədəfləyir. Çxve qeyd edib ki, şirkətin məqsədi qatlanan smartfonları kütləvi bazara çıxarmaqdır.