Finss.az - Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) 2024-cü ildə 50-dən çox ölkədə 200-ə yaxın şirkətə telekommunikasiya və yer müşahidəsi xidmətləri göstərərək ümumilikdə 47,4 milyon manat gəlir əldə edib.
Agentliyin hesabatına görə, əlavə dəyər yaradan xidmətlərdə 2023-cü illə müqayisədə gəlir təxminən iki dəfə artaraq 2,7 milyon manata çatıb.
2013-cü ildən bəri “Azərkosmos”un kommersiya fəaliyyətindən ümumi gəlir 650 milyon manatı ötüb.