“OpenAI” tərəfindən hazırlanmış süni intellekt modeli “ChatGPT”nin Azərbaycan bazarındakı payı artmaqda davam edir.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin iyun ayında ChatGPT-nin bazar payı 96,21 faizə yüksəlib. Bu, ötən ayla müqayisədə 1,51 faiz bəndi artım deməkdir.
Eyni dövrdə digər çatbotların bazar payı aşağıdakı kimi olub:
- “Microsoft Copilot” – 2,18%
- “Google Gemini” – 0,73%
- “Perplexity” – 0,51%
- “Claude” – 0,15%
Bu göstəricilər süni intellekt alətləri arasında ChatGPT-nin ölkə daxilindəki açıq üstünlüyünü və istifadəçi etibarını əks etdirir.
Fuad Mədətov
Finss.az