Ötən ay Azərbaycanda ən populyar sosial şəbəkə “Instagram” olub.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ilin iyun ayında ölkədə “Instagram” istifadəçilərinin payı 32,07% təşkil edib. Bu göstərici may ayı ilə müqayisədə 7,9 faiz bəndi artıb.
Eyni dövrdə “Facebook” istifadəçilərinin payı 26,08%-ə yüksələrək 10,89 faiz bəndi artıb. “YouTube” istifadəçilərinin payı isə 20,57% olaraq 16,52 faiz bəndi azalıb.
Ən az istifadə olunan sosial şəbəkə isə 1% ilə “LinkedIn” olub.
Fuad Mədətov
Finss.az