IKT

03 İyun

iPhone 17 seriyasının maketləri ilk dəfə yayımlandı

Finss.az - Texnologiya nəhəngi Apple-ın 2025-ci ilin payızında təqdim etməsi gözlənilən iPhone 17 seriyasına aid ilk görüntülər internetdə yayılıb.

Məşhur sızma mənbəyi Majin Bu tərəfindən paylaşılan fotoda dörd yeni modelin – iPhone 17, iPhone 17 Air, iPhone 17 ProiPhone 17 Pro Max – maketləri qoruyucu örtüklərdə nümayiş olunur. Hətta bu örtüklərdən belə cihazların əvvəlki nəsillərdən əhəmiyyətli fərqləndiyi açıq-aşkar sezilir.

Ən çox diqqət çəkən məqam isə seriyada ilk dəfə yer alan iPhone 17 Air modelidir. İddialara görə, bu model daha nazik və yüngül korpusla fərqlənəcək, həmçinin dizayn baxımından standart iPhone 17-dən ayrılacaq. Pro və Pro Max modellərində isə yenilənmiş kamera modulu və daha kəskin korpus xətləri nəzərdə tutulub.

İlkin məlumata əsasən, Apple bu il iPhone dizaynında nəzərəçarpacaq dəyişikliklər etməyə hazırlaşır. Yeni modellər yalnız iPhone 16 ilə deyil, əvvəlki nəsillərlə də fərqlənəcək. Bu fərqlər, əsasən, forma-faktorekran nisbətlərindəki dəyişikliklər ilə özünü göstərəcək.

Qeyd edək ki, Apple adətən sızmalara münasibət bildirmir. Lakin Majin Bu tərəfindən daha əvvəl yayımlanan maketlərin bir çoxu sonradan təqdim olunan modellərlə üst-üstə düşmüşdü. iPhone 17 seriyasının rəsmi təqdimatı isə 2025-ci ilin payızında gözlənilir.