IKT

22 Aprel

“Aztelekom”un dəstəyi ilə Bakıda “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək

Finss.az - “Aztelekom” MMC aprelin 26-da keçiriləcək “4-cü İllik SƏTƏMM Konfransı”nın premium dəstəkçisi qismində çıxış edir. 2019-cu ildən etibarən təşkil olunan bu konfrans 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunur. “Hyatt Regency Baku” hotelində keçiriləcək tədbirdə yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniyanın Əməyin Mühafizəsi və Sağlamlıq İnstitutu (IOSH) da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Konfransda əməyin təhlükəsizliyi, keyfiyyət və digər aktual məsələlər müzakirə ediləcək və SƏTƏMM sahəsində ən yaxşı təcrübələr təqdim olunacaq.

Qeyd edək ki, “Aztelekom” MMC genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın “Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı” (Speedtest Award for Fastest Fixed Network) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan “İDATE” şirkətinin “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.

Zemfira Ms
Finss.az