IKT

10 Mart

Microsoft Cənubi Afrikaya 298 milyon dollarlıq sərmayə yatıracaq

Finss.az - Texnologiya nəhəngi Microsoft, Cənubi Afrikada süni intellekt və data mərkəzi infrastrukturu sahəsinə 298 milyon dollar sərmayə qoyacağını elan edib.

Şirkət 2026-cı ilə qədər 1 milyon cənubi afrikalıya süni intellekt və kibertəhlükəsizlik sahəsində təlim keçməyi, həmçinin 50 min nəfərin bulud texnologiyaları üzrə sertifikat almasına dəstək olmağı planlaşdırır.

Microsoft-un vitse-prezidenti Brad Smith bildirib ki, bu sərmayə indiyə qədər ölkədəki data mərkəzlərinə qoyulan 1 milyard dollarlıq investisiyaya əlavə olacaq.

Cənubi Afrika Prezidenti Siril Ramafosa isə qeyd edib ki, bu sərmayə ölkənin G20 sammitinə ev sahibliyi etməyə hazırlaşdığı bir dövrə təsadüf edir və iqtisadi inkişaf üçün mühüm addımdır.

Zemfira Ms
Finss.az