IKT

26 Fevral

OpenAI "Deep Research" funksiyasını genişləndirdi

Finss.az - OpenAI, "Deep Research" funksiyasını ChatGPT Plus, Team, Education və Enterprise istifadəçiləri üçün əlçatan etdi və bir sıra təkmilləşdirmələr etdi. Funksiya, axtarış nəticələrinə şəkillər və mənbə məlumatı əlavə edir, yüklənmiş faylları daha yaxşı anlamağa imkan verir. Team, Enterprise və Education istifadəçiləri ayda 10, Pro istifadəçiləri isə 120 dərin analiz sorğusu edə biləcəklər.

Yeni testlər, Deep Research-in əvvəlki modellərlə müqayisədə daha yüksək dəqiqlik göstərdiyini və hallüsinasiyaların tezliyinin azaldığını göstərib. Lakin, alətin bəzi səhvləri hələ də mövcuddur və ən yaxşı nəticələr, yaxşı sənədləşdirilmiş mövzularda əldə edilir.