IKT

11 Fevral

Aleph Group 20 illik yubileyini qeyd edir

Rəqəmsal medianın, fintex və təhsil texnologiyalarının sinerjisi ilə inkişaf etməkdə olan ölkələrdə rəqəmsal transformasiyanı gücləndirərək.

Rəqəmsal reklam, fintex və təhsil texnologiyalarının aparıcı qlobal təminatçısı olan Aleph Group, iyirmi illik yubileyini innovasiyaya, inkişafa və rəqəmsal dünyanı hər kəs üçün daha əlçatan etmək missiyasına həsr etdiyi cəsarətli şirkət manifesti və video kampaniyasını buraxmaqla qeyd edir,

2005-ci ildə Mayamidə sadə bir startapdan başlayıb rəqəmsal reklam ekosistemində qlobal liderə çevrilən Aleph, həmişə status-kvonu dəyişməyə çalışaraq maneələri aradan qaldırıb və indi dünyanın 150-dən çox bazarında imkanlar yaradaraq, öz 1500 işçisi ilə 60-dan çox eksklüziv tərəfdaşlıqla, qlobal miqyasda 26000-dən çox reklamverənə xidmət göstərir.

Aleph-in uğurunun əsasında davamlı dəyər yaratmaq, rəqəmsal reklamın əhatə dairəsini genişləndirmək və inkişaf etməkdə olan bazarlarda fərq yaratmaq öhdəliyi durur. «Başladığımız zaman biz sadəcə rəqəmsal dünyanın bir hissəsi olmağı xəyal etmirdik; biz arzulayırdıq ki, hər bir kəsin  rəqəmsal dünyanın bir hissəsi olmasını mümkün edə bilək», — deyə manifestdə yazılıb. Bu fəlsəfə Aleph-in kiçik startapdan çıxaraq biznesləri, brendləri və istehlakçıları rəqəmsal platformalar vasitəsilə əlaqələndirən qlobal güc mərkəzinə doğru təkamülünə təkan verdi.

 

Gələcəyə cəsarətli baxış: 20 illik yubileyini qeyd etmək üçün Aleph dünyanın hər yerindən olan işçilərini əks etdirən korporativ manifest videosunu təqdim edir. Kampaniya Aleph-in unikal fəlsəfəsini əks etdirir: «Aleph-də kiçik xəyallar üçün yer yoxdur. Buna görə də böyük şeylər baş verir.» Videoda şirkətin inkişaf yolu, onun biznes və fərdləri rəqəmsal iqtisadiyyatda inkişaf etmək üçün lazım olan alətlər və platformalara çıxış imkanı təmin etməklə gücləndirmək öhdəliyi işıqlanır.

Dünyanız nə qədər böyükdür? Aleph bəşəriyyəti «Dünyanız nə qədər böyükdür?» kampaniya şüarı ilə öz rəqəmsal ambisiyaları haqqında düşünməyə çağırır. Kampaniya biznes, sahibkar və fərdləri daha böyük xəyallar qurmağa və rəqəmsal dövrün sonsuz imkanlarını araşdırmağa təşviq edir.

Aleph-in hekayəsi adi bir biznes uğuru deyil, o həm də əməkdaşlıq və innovasiya sayəsində reallaşan vizyondur.

«Uğurumuz sadəcə öz inkişafımızdan daha böyük bir şeydir», Aleph-in təsisçisi və baş direktoru Qaston Taratuta deyir. «Bu, həm də xidmət göstədiyimiz partnyorlarımızın, müştərilərimizin, icmalarımızın da çiçəklənməsinə kömək etməkdə özünü göstərib.»

Rəqəmsal dünyanı daha əlçatan etməyin 20 illiyini qeyd etmək üçün Aleph-ə qoşulun. Manifest videosunu izləyin və Aleph-in rəqəmsal iqtisadiyyatın gələcəyini necə formalaşdırdığını kəşf etməsini seyr edin.

Aleph haqqında

Aleph Group media və ödənişlərin kəsişməsində innovasiya edən rəqəmsal ekspertlərin qlobal şəbəkəsidir. Şirkət 150-dən çox ölkədə 60-dan çox aparıcı rəqəmsal media platformasını (Amazon, Criteo, Google, Meta, Microsoft, Pinterest, Reddit, Snap, Spotify, TikTok, Twitch, Uber, X və s.) birləşdirir, 26.000 reklamverənə 3 milyarddan çox istehlakçı ilə əlaqə qurmağa imkan verir. 

Aleph-in törəmə fintech şirkəti olan Localpayment, media satışı və ödəniş xidmətlərinin emalı imkanlarını inteqrasiya edərək müştərilərinə qlobal miqyaslanma üçün güclü təminat yaradır. 

Digital Ad Expert isə aparıcı təhsil platforması olaraq fərdlər üçün sertifikatlar, bizneslər, hökumətlər, YUNESKO kimi QHT-lər üçün xüsusi hazırlanmış həllər təklif edir.