IKT

10 Fevral

OpenAI Avropada məlumat saxlamaq üçün yeni addım atır

Finss.az - OpenAI, ChatGPT-nin inkişaf etdiricisi, Avropa müştərilərinə chatbotlarla əlaqələrindən yaranan məlumatları Avropa İttifaqı (İA) daxilində saxlamaq və emal etmək imkanı verəcəyini açıqlayıb.

Bu yenilik, məlumatların ABŞ və ya digər ölkələrə deyil, Aİ daxilindəki serverlərdə saxlanmasına imkan yaradacaq.

Bu addım Avropa məlumat qoruma qaydalarının rəqəmsal platformalara, o cümlədən süni intellekt (AI) texnologiyalarına təsirini vurğulayır. OpenAI bildirir ki, chatbotlarından istifadə edən şirkətlər və təhsil müəssisələri məlumatlarını Aİ daxilində saxlamağı seçə biləcəklər. Bundan başqa, OpenAI modelləri əsasında AI tətbiqləri yaradan tərtibatçılar da istifadəçi sorğunlarını Avropada emal etmək imkanı qazanacaqlar.

"Bu dəyişiklik Avropada fəaliyyət göstərən təşkilatlara məlumat suverenliyi qaydalarına uyğun hərəkət etməyə imkan yaradan vacib addımdır", - deyə OpenAI qeyd edib.

OpenAI-nin bu strategiyası, Meta, Google və Microsoft kimi iri AI şirkətləri arasında gedən rəqabətin artdığı bir vaxtda açıqlanıb. Bu texnologiya nəhəngləri chatbotlar və təsvir generatorları kimi sistemləri dəstəkləmək üçün milyardlarla dollar sərmayə qoyurlar. Eyni zamanda, Avropa ölkələrinin şəxsi məlumatların qorunmasına dair ciddi qaydaları böyük texnologiya şirkətləri üçün bəzi çətinliklər yarada bilər.

Son illərdə Avropa tənzimləyici orqanları Meta-ya məlumat qoruma qaydalarını pozduğuna görə milyardlarla avro cərimə tətbiq edib. Aİ xaricində saxlanılan məlumatların Aİ daxilindəki kimi qorunmasını tələb edən GDPR qaydaları şirkətlər üçün əsas çətinliklərdən biridir.

Rəqəmsal hüquq üzrə ekspert Yael Koen-Xadriya bildirir ki, OpenAI-nin bu siyasəti, müştərilərin tənzimləyici çətinliklərdən yan keçməsinə yardım edə bilər. O vurğulayıb ki, "Avropa müştəriləri yerli infrastruktur, ofislər və hüquqi məsuliyyətə malik şirkətləri üsnün tuturlar".

Bundan başqa, OpenAI-nin yeni siyasəti Aİ daxilində ciddi məlumat mühafizəsi tələblərinə cavab verən dövlət layihələrində iştira etmək imkanlarını artıra bilər.

OpenAI Avropada genşilənməyə davam edərək Paris, Brüssel və Dublinə yeni ofislər açıb. Eyni zamanda, Almaniya hakimiyyəti OpenAI-nin bu ilin sonuna qədər Münhendə ilk ofisini açacağını elan edib.