Amerikanın Amazon korporasiyası 2025-ci ildə süni intellekt (AI) texnologiyalarının inkişafına 100 milyard dollar sərmayə qoyacaq ki, bu da rəqibləri Alphabet və Microsoft-un investisiyalarını üstələyir.
Finss.az xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
Vəsaitin əsas hissəsi məlumat mərkəzlərini idarə edən və müştərilərə proqram həlləri təqdim edən Amazon Web Services-in bulud bölməsinin inkişafına yönəldiləcək. Amazonun iddialı süni intellekt planları sürətlə inkişaf edən sənayedə liderlik uğrunda mübarizə aparan digər texnoloji nəhənglərin strategiyalarına uyğundur. Lakin onlar indi öz chatbotunu təqdim edən Çinin DeepSeek şirkətinin gözlənilməz uğuru səbəbindən planlarını yenidən nəzərdən keçirmək məcburiyyətində qalıblar.