“Google” şirkəti süni intellekt (AI) texnologiyalarının inkişafı və istifadəsi prinsiplərinin yenilənmiş siyahısını dərc edib, ondan silahların və insanların müşahidəsi texnologiyalarının inkişafı üçün süni intellektdən istifadə etməmək öhdəliyini aradan qaldırıb.
Finss.az xəbər verir ki, yeni prinsiplər Google AI-nin rəsmi saytında yerləşdirilib.
Şirkət ilk olaraq 2018-ci ildə baş direktor Sundar Pichainin bloq yazısında süni intellekt prinsiplərini açıqladı. Həmin vaxt Google bildirib ki, süni intellekt “əsas məqsədi və ya təsiri insanlara zərər vermək olan silah və ya digər texnologiyalar” yaratmaq üçün istifadə edilməyəcək.