2023-cü ilin 10 ayı ərzində Dostıq və Altınkol sərhəd keçid məntəqələri vasitəsilə Qazaxıstandan Çinə taxıl yüklənməsi təxminən 1,5 milyon ton təşkil edib. Bu göstərici 2021-2022-ci illərin məhsulunun daşınması ilə müqayisədə 4 dəfə və ya 1 milyon ton artıb, KTZ-nin mətbuat xidməti xəbər verir.
Fins.azxarici KİV-ə istinadən xəbər verir ki, ümumi taxıl həcminin 70%-i konteynerlərdə daşınıb.
“Dostıq” stansiyası ilə taxıl yüklənməsi təxminən üç dəfə artaraq 1 milyon tondan çox, “Altınkol” stansiyası ilə isə 11 dəfə artaraq 396 min tona çatıb.
Günel Məlikzadə
Fins.az