2020-ci ildə Azərbaycanda 24 201,6 ton kolbasa məmulatları istehsal olunub ki, bu da illik müqayisədə 36,5% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, digər qida məhsullarına gəldikdə, Azərbaycanda ötən il qaymaq və xama istehsalı azalıb, pendir və kəsmik istehsalı isə artıb. Belə ki, hesabat dövründə ölkədə 7 203,9 ton qaymaq və xama istehsal olunub ki, bu da illik ifadədə 5,5% azdır, pendir və kəsmik istehsalı isə 2,4% artaraq 52 558,2 tona çatıb.
Digər qida məhsullarının istehsalı:
|
Qida məhsulları |
2020-ci ildə istehsal həcmi |
İllik dinamika, % |
|
Kərə yağı, ton |
24 364,5 |
1,2 |
|
Cem və marmeladlar, ton |
74 956,7 |
-13,6 |
|
Duru bitki yağları, ton |
53 273 |
0,5 |
|
Marqarin, ton |
49 894,2 |
5,6 |
|
Qida duzu, min ton |
74,3 |
-0,5 |
|
Qənd və şəkər tozu, min ton |
246,5 |
-9 |
