İdman

15 Oktyabr

Dünya idmançıları yenidən Kapadokyada: "Salomon Ultra-Trail 2025" starta hazırlaşır

Türkiyənin dünyaca məşhur Kapadokya bölgəsi bu payızda bir daha qlobal idman gündəminə çevriləcək. “Pəri bacaları” və vulkanik təpələri ilə tanınan bu unikal coğrafiya, 17–19 oktyabr 2025 tarixlərində keçiriləcək 12-ci Salomon Cappadocia Ultra-Trail yarışına ev sahibliyi edəcək.

Finss.az xəbər verir ki, artıq 12 ildir təşkil olunan bu beynəlxalq tədbir, dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə idmançını UNESCO-nun Dünya İrsi Siyahısında yer alan Kapadokyanın füsunkar mənzərəsində bir araya gətirir.

Gənclər və İdman Nazirliyinin, Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA), Türkiyə Atletizm Federasiyasının və yerli idarələrin dəstəyi ilə keçirilən yarış, həm Türkiyədə idman turizminin inkişafına, həm də Kapadokyanın möhtəşəm təbiətinin dünya səhnəsində tanıdılmasına töhfə verir.

Beynəlxalq idman festivalı ruhunda hər il təşkil olunan Salomon Cappadocia Ultra-Trail bu il də dünyanın müxtəlif ölkələrindən iştirakçıları Kapadokyanın möhtəşəm mənzərəsində bir araya gətirəcək.

12-ci Salomon Cappadocia Ultra-Trail marşrutları

Yarış, müxtəlif bacarıq səviyyəsinə malik qaçışçılar üçün nəzərdə tutulmuş dörd fərqli marşrut ilə diqqət çəkir. Ürgüp mərkəzindən başlayan və bölgənin simvoluna çevrilmiş vadilərdən keçən bu marşrutlar, iştirakçılara unudulmaz bir təcrübə təqdim edir:

  • Salomon Cappadocia MINI Trail (CMIT) – Təxminən 14 km məsafəni əhatə edir və 308 m yüksəklik fərqi ilə seçilir. Yarış 17 oktyabr saat 15:00-da start götürəcək.
  • Salomon Cappadocia Short Trail (CST) – Təxminən 38 km məsafədə, 1.120 m-dən çox yüksəklik fərqi ilə keçirilir. Yarış 18 oktyabr saat 10:00-da başlayacaq.
  • Salomon Cappadocia Medium Trail (CMT)63 km məsafəni2.030+ m yüksəklik fərqini əhatə edir. Yarış 18 oktyabr saat 07:00-da start alacaq.
  • Salomon Cappadocia Ultra-Trail (CUT) – Yarışın ən çətin mərhələsi. 119 km-lik marşrutda 3.730+ m yüksəklik fərqi mövcuddur. Yarış 18 oktyabr saat 07:00-da start götürəcək.

Cappadocia Team Games

Bu il yarışlara əlavə dinamizm qatmaq üçün Cappadocia Team Games də təqdim olunacaq.

Komanda yarışları aşağıdakı kateqoriyalarda keçiriləcək:

  • CUT 119K – 2 nəfərlik komandalar
  • Medium Trail 63K – ən azı 2 qadın olmaqla 6 nəfərlik komandalar
  • Short Trail 38K – ən azı 1 qadın olmaqla 3 nəfərlik komandalar
  • Qaliblər 19 oktyabrda keçiriləcək rəsmi mükafatlandırma mərasimində təltif olunacaqlar.

Yarışın əhəmiyyəti və turizm təsiri

Salomon Cappadocia Ultra-Trail sadəcə bir idman tədbiri deyil, həm də Kapadokyanın zənginliyini dünyaya tanıtmaqda mühüm rol oynayır. Hər il 75-dən çox ölkədən idmançıları bir araya gətirən bu yarış, minlərlə qaçışçı və tamaşaçını bölgəyə cəlb edir. Tədbir Türkiyənin beynəlxalq idman və turizm imicini gücləndirir.

Kapadokya: Tarix, mədəniyyət və unudulmaz təcrübələr

Füsunkar Kapadokya bölgəsi, pəri bacaları, qədim tarix və zəngin mədəni irsi ilə ziyarətçilərə unudulmaz təcrübələr bəxş edir.
Burada hava şarları, qaya otelləri, yeraltı şəhərlər, keramika emalatxanalarıat safari turları kimi unikal fəaliyyətlər mövcuddur.

Bundan əlavə, yerli mətbəxseçilmiş şərablar bölgənin cazibəsini artırır. Kapadokya, MICHELIN bələdçisinin Türkiyə xəritəsinə daxil edilib və ötən il 4,37 milyon ziyarətçi qəbul etməklə böyük maraq qazanıb.

Fuad Mədətov
Finss.az