İdman

07 Avqust

Azərbaycan U-21 millisi Portuqaliyaya qarşı səfər matçına hazırlaşır: Oyun saatı açıqlanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi ilk tur oyununun başlama vaxtı məlum olub.

Finss.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığması sentyabrın 5-də səfərdə, Barselos şəhər stadionunda Portuqaliya ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, U-21 komandamız Portuqaliya ilə matçdan sonra, sentyabrın 9-da “Liv Bona Dea Arena”da Bolqarıstan seçməsini qəbul edəcək. Bu qarşılaşma isə saat 18:00-da başlayacaq.