İdman

09 İyul

Futzal üzrə “Araz-Naxçıvan”ın Çempionlar Liqası qrup oyunları Linzdə keçiriləcək

Finss.az - Azərbaycan Futzal Federasiyasının məlumatına görə, “Araz-Naxçıvan” futzal komandası Çempionlar Liqasının ilkin mərhələsində qrup oyunlarını Avstriyanın Linz şəhərində keçirəcək.

Naxçıvan təmsilçisi aşağıdakı oyunlarda iştirak edəcək:

  • 27 avqust, saat 19:00 — “Araz-Naxçıvan” – “Sparta Belfast” (Şimali İrlandiya), NMS İdman Sarayı

  • 28 avqust, saat 19:00 — “PYF Saltires” (Şotlandiya) – “Araz-Naxçıvan”, NMS İdman Sarayı

  • 30 avqust, saat 21:30 — “Ljuti Krajişniçi” (Avstriya) – “Araz-Naxçıvan”, NMS İdman Sarayı

Komandanın Avropadakı bu mühüm turnirdə uğur qazanması həm idman, həm də ölkəmizin beynəlxalq arenadakı nüfuzunun artması üçün önəmlidir.