İdman

07 İyul

Meksika Qızıl Kubokunda 13-cü titulunu əldə etdi

Finss.az - CONCACAF-ın Qızıl Kubokunda final oyunu keçirilib.

Meksika millisi ABŞ-ı 2:1 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə və ümumilikdə 13-cü dəfə bu titulu qazanıb. Oyun ABŞ-ın Hyuston şəhərində baş tutub.

Meksikalılar Raul Ximenes (27-ci dəqiqə) və Edson Alvaresin (78-ci dəqiqə) qolları ilə fərqlənib. ABŞ isə erkən qol vuraraq (Kris Riçards, 4-cü dəqiqə) hesabda önə keçib, amma qalib gələ bilməyib. Meksika bu nəticə ilə CONCACAF-ın Qızıl Kubokunda ən çox titul qazanan komanda olaraq rekordunu qoruyub.