İdman

01 İyul

“Beşiktaş” heyətini Temmi Abrahamla gücləndirdi

Finss.az - Türkiyənin “Beşiktaş” futbol klubu heyətini “Roma”nın hücumçusu Temmi Abrahamla gücləndirib.

Klubun rəsmi mətbuat xidməti bu keçidi təsdiqləyib.

İngiltərə millisinin sabiq üzvü Temmi Abraham artıq İstanbula gəlib və tibbi müayinədən keçəcək. Müayinədən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Abraham ötən mövsüm “Milan”da icarə əsasında çıxış edib və 40 oyunda 10 qol vurub. Futbolçu bundan əvvəl "Çelsi" və "Aston Villa" kimi İngiltərə klublarında da forma geyinib.