İdman

18 İyun

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bu gün bəlli olacaq

Finss.az - Bu gün UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Püşkatma zamanı Azərbaycan təmsilçisi "Qarabağ" komandasının da rəqibi müəyyənləşəcək.

Azərbaycan çempionu püşkatmaya “səpələnmişlər” səbətində qatılacaq. Bu isə o deməkdir ki, “Qarabağ” nisbətən daha aşağı reytinqə malik komandalarla qarşılaşacaq.

Artıq Ağdam klubunun potensial rəqiblərinin siyahısı da bəllidir. Bunlar aşağıdakı cütlüklərin qalibləridir:

  • "Virtus" (San Marino) – "Zrinski" (Bosniya və Herseqovina)

  • "KuPS" (Finlandiya) – "Milsami" (Moldova)

  • TNS (Uels) – "Şkendiya" (Şimali Makedoniya)

  • "Şelburn" (İrlandiya) – "Linfild" (Şimali İrlandiya)

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları iyulun 22/23-də və 29/30-da keçiriləcək.