İdman

11 İyun

“Mançester Siti” Milanın yarımmüdafiəçisi Teun Reindersin transferini rəsmiləşdirdi

Finss.az - İngiltərənin “Mançester Siti” klubu İtaliyanın “Milan” komandasının yarımmüdafiəçisi Teun Reindersin transferini rəsmiləşdirib.

Klubun rəsmi mətbuat xidməti tərəfindən yayılan məlumatda bildirilir ki, 26 yaşlı futbolçu “şəhərlilər”lə 30 iyun 2030-cu ilədək müqavilə imzalayıb. Transferin şərtlərinə görə, “Mançester Siti” “Milan”a bonuslarla birlikdə ümumilikdə 70 milyon avro ödəyəcək. Sabit transfer məbləği isə 57 milyon avrodur. 

Qeyd edək ki, Reinders ötən mövsüm İtaliya A Seriyasında 37 oyunda çıxış edib, 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Bu transferlə “Mançester Siti” heyətini daha da gücləndirərək, gələcək mövsümlərdə böyük uğurlar qazanmaq məqsədini güdür.