İdman

10 İyun

Misli Premyer Liqasında transfer həyəcanı başladı

Finss.az - Azərbaycan futbolunda 2024/25 mövsümünün başa çatması ilə Misli Premyer Liqasında mübarizə aparan klublar artıq yeni mövsümə ciddi hazırlıqlara start veriblər.

Bəzi komandalar heyətlərini gücləndirməyə başlayıbsa, digərləri isə transfer çalışmalarını hələlik yekunlaşdırmayıb.

Qol.az xəbər verir ki, bəzi klublar heyətlərində ciddi dəyişikliklər edib, müqavilə müddətləri uzadılan futbolçularla yanaşı, yollarını ayırdıqları oyunçular da var.

Transfer panoraması:

Zirə

  • Gələnlər: Brahim Konate ("Şamaxı"), Yeqor Boqomolski

  • Gedənlər: Rüstəm Əhmədzadə

  • Müqavilənin uzadılması: Ruan Renato

Araz-Naxçıvan

  • Müqavilənin uzadılması: Elmar Baxşıyev (baş məşqçi), Qara Qarayev, Slavik Alxasov və başqaları

Sabah

  • Gələnlər: Fəxri Məmmədli ("Şamaxı"dan qayıdıb)

Neftçi

  • Gələnlər: Sessi D’Almeyda

  • Gedənlər: Yeqor Boqomolski, Azər Əliyev, Yuri Matias və s.

Şamaxı

  • Gələnlər: Emil Süleymanov ("Qəbələ"), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılov

  • Gedənlər: Kamal Bayramov (karyeranı bitirib), Brahim Konate və başqaları

  • Müqavilənin uzadılması: Rikardo Fernandes, Alfons Msanqa və s.

Sumqayıt

  • Gedənlər: Vaqif Cavadov (baş məşqçi), Momo Yansane və başqaları

  • Müqavilənin uzadılması: İsa Suliman, Roy Kehart

Kəpəz

  • Gedənlər: Azər Bağırov (baş məşqçi)

Qəbələ

  • Gedənlər: Emil Süleymanov ("Şamaxı"), Müşviq Nadirov və başqaları

Qeyd: Bu məlumatlar klubların rəsmi açıqlamalarına əsaslanır və transfer dönəminin davam etdiyi nəzərə alınaraq siyahı zamanla yenilənə bilər.