Fins.az - AFFA İntizam Komitəsi, U-10 Liqasında çıxış edən Sumqayıtın "Odlar Yurdu" komandasını çempionatdan kənarlaşdırıb.
Bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Komanda, “Sumqayıt City” ilə matçda təyin olunan vaxtda meydanda olmayıb və bu səbəbdən 0:3 hesabı ilə texniki məğlubiyyət alıb. Bu halın üçüncü dəfə təkrarlanması səbəbindən "Odlar Yurdu" yarışdan kənarlaşdırılıb.
U-14 Liqasında çıxış edən "İmişli" kollektivi "Şamaxı" ilə matçda adı protokolda olmayan futbolçu buraxdığı üçün 0:3 hesabı ilə texniki məğlubiyyətlə üzləşib.
U-13 Liqasında Gəncə təmsilçiləri "Ruslan" və "Gəncəvi" klublarının qarşılaşması, ikincilərin heyətində yetərsay olmadığı üçün baş tutmayıb və komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.
Bu çempionatdakı “Hindarx” (Ağcabədi) –“Pambıqçı” (Bərdə) görüşündə də eyni hal yaşanıb, bu dəfə “Pambıqçı” texniki məğlubiyyət alıb.
Zemfira Ms
Fins.az