İDMAN

05 Fevral

"Mançester Yunayted" müdafiəçisini Niderland klubuna icarəyə verib

İngiltərənin "Mançester Yunayted" klubu müdafiəçisi Tayrell Malasiyanı PSV-yə (Niderland) icarəyə verib.

Fins.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

25 yaşlı niderlandlı futbolçu mövsümün sonuna qədər öz ölkəsində oynayacaq.

Qeyd edək ki, 2022-ci ildə "Mançester Yunayted"ə transfer olunan Tayrell Malasiya uzun müddət zədədən əziyyət çəkdiyi üçün forma şansı qazanmayıb. O, Premyer Liqa klubunun heyətində ümumilikdə 39 oyuna çıxıb.