İDMAN

31 Yanvar

“Fənərbağça”nın sabiq futbolçusu İran klubuna keçib

Türkiyə millisinin və “Fənərbağça”nın sabiq futbolçusu Sərdar Dursunun yeni komandası bəlli olub.

Fins.az xəbər verir ki, 33 yaşlı hücumçu İran təmsilçisi “Persepolis”ə keçib. Onunla 2026-cı ilin yayınadək müqavilə imzalanıb.

S. Dursun son olaraq “Alanyaspor” klubunda çıxış edib.

Qeyd edək ki, “Persepolis”i türkiyəli tanınmış mütəxəssis İsmayıl Kartal çalışdırır.