İngiltərənin "Aston Villa" klubunun argentinalı hücumçusu Morqan Rodcers azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Fins.az xəbər verir ki, o, Liqa mərhələsinin VIII turunda "Seltik"lə (Şotlandiya) görüşdə (4:2) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.
Qeyd edək ki, 22 yaşlı ingiltərəli oyunçu səsvermədə Antuan Qrizmann ("Atletiko", İspaniya), Usman Dembele (PSJ, Fransa) və Lautaro Martinezi (“İnter”, İtaliya) qabaqlayıb.