Fransanın PSJ klubunun 59 azarkeşi Almaniyada saxlanılıb.
Fins.az xəbər verir ki, bu, Çempionlar Liqasında "Ştutqart"a qarşı keçiriləcək Liqa mərhələsinin VIII turunun oyunundan əvvəl baş verib.
Matç ərəfəsində komandaların fanatları arasında gərginlik yaranıb. Ciddi qarşıdurmaların qarşısını almaq üçün 59 tərəfdar saxlanılıb.
Qeyd edək ki, "Ştutqart" - PSJ görüşü bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.