İDMAN

24 Yanvar

Almaniya millisinin baş məşçqisi iləmüqaviləmüddətiuzadılıb

Almaniyanın futbol millisinin baş məşçqisi Yulian Naqelsmannla müqavilə müddəti uzadılıb.

Fins.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb. 37 yaşlı məşqçi 2023-cü ilin sentyabrından komandanı çalışdırmağa başlayıb. Onun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.

Almaniya yığması Y.Naqelsmannın rəhbərliyi altında AVRO-2024-ün 1/4 finalına qədər irəliləyib və burada İspaniyaya məğlub olub - 1:2.

Qeyd edək ki, Y.Naqelsmann əvvəllər Almaniyanın "Bavariya", "Leyptsiq" və "Hoffenhaym" klublarında çalışıb. O, 2021/2022 mövsümündə "Bavariya"nı çempionluğa daşıyıb.