İDMAN

06 Yanvar

Ronaldo gələcəyi ilə bağlı qərar verib

Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo gələcəyi ilə bağlı qərar verib.

Finss.az xəbər verir ki, forvard yanvar ayı ərzində klubun qeydiyyatı məsələsini həll etmək niyyətindədir. Ronaldonun Səudiyyə klubu ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir, Beynəlxalq Futbol Federasiyasının qaydalarına əsasən, futbolçu yanvarın 1-dən etibarən digər komandalarla danışıqlar apara bilər.

Səudiyyə Ərəbistanı yığmasının heyətində 83 oyunda Ronaldo 74 qol vurub, 18 məhsuldar ötürmə edib. Əl-Nəsr 25 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində dördüncü yerdədir. Çempionata 36 xalla “Əl-İttihad” başçılıq edir.

Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçdü və 2023-cü ilin yanvarından Əl-Nəsr komandasında hücumçudu. Ölkədə qadın və kişinin nikahdankənar bir dam altında yaşamasının qadağan olunmasına baxmayaraq, əfsanəvi futbolçuya yer verilib və övladlarının anası ilə birlikdə yaşamağa icazə verilib.

Kaira Agayeva 

Fins.az