İdman

10 Mart

Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan birinciliyi: Yarışa maraq böyükdür

Finss.az - Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmə üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək. Turnirdə 2007-2012-ci il təvəllüdlü 100-dən çox idmançı akademik, kayak və kanoe növlərində mübarizə aparacaq. İdmançılar 500, 1000 və 1500 metr məsafələrdə yarışacaq və medallar uğrunda mübarizə aparacaqlar.

Bu ilki birincilikdə ilk dəfə 4 nəfərlik kayak qayığında yarışlar təşkil ediləcək. Yarışlar martın 16-17-də keçiriləcək və qaliblər diplom və medallarla mükafatlandırılacaq. Təşkilatçılar arasında Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası yer alır.

Zemfira Ms
Finss.az