Finss.az - Beynəlxalq Avtomobil Federasiyası (FIA), 2025-ci il Formula 1 dünya çempionatı üçün media nümayəndələrinin akkreditasiyası təlimatını təqdim edib. Bu təlimat, yarışlara qeydiyyat, tələb olunan sənədlər və ümumi meyarları əhatə edir. Akkreditasiya, əsasən motosport və idman jurnalistləri, fotoqraflar və redaktorlar üçün nəzərdə tutulub, yalnız müəyyən keyfiyyət və tiraj tələblərinə cavab verən media orqanları müraciət edə bilər.
Akkreditasiya prosesində, media orqanlarının peşəkarlığı, təcrübəsi və əvvəlki yarışlarda göstərdikləri fəaliyyət əsas meyarlardır. Bu meyarlar, media nümayəndələrinin akkreditasiya prosesini keçməsində mühüm rol oynayacaq.
Akkreditasiya yalnız FIA və Formula One Management (FOM) şirkətinin qərarı ilə həyata keçiriləcək və istənilən vaxt ləğv edilə bilər. Yerlilər üçün müraciətlər Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən qəbul ediləcək.
Bakı 2025-ci il Formula 1 yarışını sentyabrın 19-21 tarixlərində keçirəcək.
Zemfira Ms
Finss.az