Finss.az - Bugün Misli Premyer Liqasının XXVI turuna yekun vurulacaq.
İlk qarşılaşma “Sumqayıt” və “Kəpəz” komandaları arasında olacaq. Bu matç Sumqayıt şəhər stadionunda saat 17:00-da keçiriləcək. Hər iki komanda 22 xalla müvafiq olaraq 8-ci və 9-cu yerləri bölüşürlər.
Günün son qarşılaşmasında isə “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. Bu oyun “Neftçi Arena”da saat 19:30-da başlayacaq. “Ağ-qaralar” 27 xalla 7-ci, “Turan Tovuz” isə 42 xalla 4-cü pillədə yer alır.
Qeyd edək ki, turdan əvvəl keçirilən matçlarda “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” **“Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.
Zemfira Ms
Finss.az