Dünya futbolunun əfsanəsi Lionel Messi və digər “İnter Mayami” futbolçuları Bakıya gəliblər.
Fins.az xəbər verir ki, idmançıları daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib və burada onları iş adamı Adnan Əhmədzadə qarşılayıb.
Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə iştirak edəcəklər. Tədbir xüsusi musiqi atmosferi ilə müşayiət olunacaq. Bakı Kristal Zalının səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) və məşhur "Morandi" qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.
Biletlər “iTicket.az” saytı və satış məntəqələrindən əldə edilə bilər. Bilet satışından əldə olunan vəsait isə xeyriyyə məqsədinə yönəldiləcək.