UEFA Avropa Liqası matçında İsveçdə yerli "Elfsborq" klubu ilə qarşılaşacaq "Qarabağ"ın səfər proqramı açıqlanıb.
Fins.az, Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin açıqlamalarına istiadən xəbər verir ki, komanda dekabrın 10-da, saat 18:00-da İsveçə yola düşəcək və qarşılaşmadan sonra Bakıya qayıdacaq.
Komandanın azarkeşləri üçün 600-dən çox bilet ayrılıb.
UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də keçiriləcək "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.