İdman

10 Fevral

Azərbaycan klublarının dünya reytinqi açıqlanıb

Finss.az - Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytında yayımlanan məlumata görə, "Qarabağ" futbol klubu dünya reytinqində 6 pillə geriləyib.

Hazırda 166,25 xal toplayan Ağdam təmsilçisi 87-ci sırada yer alır.

Mövqe dəyişməyən "Zirə" (103,25 xal) 208-ci, 14 pillə geriləyən "Sabah" (61 xal) 400-cü, 5 sıra geriləyən "Turan Tovuz" (53,75 xal) isə 499-cu sıradadır.

Reytinq siyahısının başında isə İspaniyanın "Real" futbol klubu dayanır. "Real" 481 xal toplayaraq siyahıya rəhbərlik edir.

Qeyd edək ki, siyahıda ümumilikdə 504 komanda mövcuddur.