Finss.az - Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo iddialı açıqlaması ilə gündəmə gəlib.
39 yaşlı hücumçu özünü tarixin ən yaxşı futbolçusu adlandıraraq Lionel Messi və Dieqo Maradonanın ona nisbətən daha aşağı səviyyədə olduğunu bildirib:
“İnsanlar Messi və ya Maradona kimidir. Mən buna hörmət edirəm. Amma ən mükəmməli mənəm. Tarixin ən yaxşı oyunçusu mənəm. Heç vaxt məndən yaxşısını görməmişəm. Başla zərbə vurmağı yaxşı bacarıram, cərimə zərbələrini dəqiq yerinə yetirirəm, sürətliyəm, güclüyəm.”
Qeyd edək ki, Ronaldo Çempionlar Liqasının beşqat qalibi olmaqla yanaşı, 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, Portuqaliya millisinin heyətində 2016-cı il Avropa çempionu və 2019-cu il UEFA Millətlər Liqasının qalibi olub.
Zemfira Ms
Finss.az