Fins.az xəbər verir ki, İspaniyanın "Barselona" futbol klubunun prezidenti Xuan Laporta, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 16-da Bakıya səfər edəcək.
Laporta, 2003-2010-cu illərdə "Barselona"ya rəhbərlik etdiyi dövrdə komandanın böyük uğurlarına imza atıb, o cümlədən La Liqa və Çempionlar Liqasında qazandığı titul və rekordlarla yadda qalıb.
2021-ci ildə isə yenidən "Barselona"nın prezidenti seçilib.
Zemfira Ms
Fins.az