İDMAN

10 Oktyabr

"Qarabağ" gerilədi: Sıralamada başqa nələr baş verib?

IFFHS (The International Federation of Football History and Statistics) tərəfindən açıqlanan dünya klublarının reytinqində Azərbaycan futbolunu üç klub təmsil edir.

Fins.az xəbər verir ki, reytinqdə ən yaxşı nəticə göstərən "Qarabağ" 174,75 xalla 60-cı yerdədir.

Qurban Qurbanovun komandası 8 pillə geriləyib. "Qarabağ" ötən ay 52-ci pillədə idi.

"Qarabağ"ın geriləməsinin səbəbləri arasında "Kruzeyro", "Korintians", "İnternasional", "Panyarol", "Braqa", "Atletik", "Qalatasaray", "Mançester Yunayted", "Rasinq" və "Slaviya" kimi komandaların yaxşı nəticələri yer alır. Bu komandalar "Qarabağ"dan irəlidə olsalar da, Ağdam klubu "Leypsiq" və "Feyenoord" kimi güclü iki klubu geridə qoyub.

Reytinqdə 10 pillə irəliləyərək 201-ci yeri tutan "Zirə" 95,75 xala sahibdir.

"Sabah" isə 60,75 xalla 17 pilləlik irəliləyişlə 411-ci sıradadır.

"Neftçi" isə 482-ci yerdən siyahını tərk edib.

Dünya reytinqinin lideri isə 420 xala malik "Real Madrid"dir.
 

Zemfira Ms
Fins.az