İDMAN

10 Oktyabr

UEFA Millətlər Liqası:Estoniya millisi Azərbaycanla matça tam hazırdır

UEFA Millətlər Liqası çərçivəsində Estoniya ilə qarşılaşacaq futbol üzrə Azərbaycan millisi oktyabrın 9-dan paytaxt Tallindədir.

Fins.az xəbər verir ki, bu gün yerli vaxtla saat 17:15-də baş məşqçi Fernandu Santuş mətbuat konfransı keçirəcək. Saat 18:00-da isə komanda “Lilleküla” stadionunda oyunöncəsi son məşqə çıxacaq.

Estoniya - Azərbaycan matçı oktyabrın 11-də, Bakı vaxtilə saat 20:00-da başlayacaq. Millimiz, görüşün ertəsi günü, oktyabrın 12-də səhər məşqə çıxaraq günorta saatlarında Bakıya yola düşəcək.

Azərbaycanla qarşıdakı matça dəvət alan Estoniya millisinin hücumçusu Sergey Zenyov, 2015-2017-ci illərdə “Qəbələ”də oynadığı dövrü xatırlayaraq, “Azərbaycanla son oyunu uduzduğumuzu yaxşı xatırlayırıq (0:2). Azarkeşlərimizin qarşısında əvəz çıxmalıyıq. Ona görə də bizim üçün müsbət nəticəyə ümid edirik. Azərbaycan millisinin heyəti o oyundan bəri çox dəyişməyib, buna görə də bizi yaxşı rəqiblə çətin oyun gözləyir” deyib.

Hazırda Tallin "Flora" futbol klubunun formasını geyinən 35 yaşlı futbolçu, Estoniya millisində 113 oyuna 17 qol vurub.
 

Zemfira Ms
Fins.az