İDMAN

08 Oktyabr

"Araz-Naxçıvan"ın kapitanı milliyə dəvət alıb

Fins.az xəbər verir ki, "Araz-Naxçıvan" klubunun kapitanı, 29 yaşlı yarımmüdafiəçi Vadim Abdullayev, Azərbaycan milli futbol komandasına dəvət alıb. 

Abdullayev bu haqda təəssüratlarını bölüşərək, milli komandada oynamağın futbolçunun karyerasında ən yüksək nöqtə olduğunu vurğulayıb:

"Bu, mənim üçün arzu idi. Ölkənin əsas komandasına dəvət almaq və oynamaq şansı qazanmaq, çətinliklərə qalib gələrək bu səviyyəyə çatmaq ikiqat sevincdir. "Araz-Naxçıvan" kollektivinin də bu uğurumda əməyi böyükdür."

Abdullayev milli komandanı qarşıda çətin oyunların gözlədiyini də qeyd edib. O, Estoniya və Slovakiya ilə qarşıdakı matçlarda millimizin uğur qazanmaq üçün tam gücü ilə mübarizə aparacağına inandığını bildirib.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 11-də Estoniyaya, oktyabrın 14-də isə Slovakiyaya qarşı oynayacaq.
 

Zemfira Ms
Fins.az