16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Ərzurum şəhərində keçirilən “U-16 Türkdilli Ölkələr Turniri”ndə son oyununu keçirib.
Fins.az xəbər verir ki, beşinci yer uğrunda Qırğızıstanla qarşılaşan komandamız matçın əsas vaxtını qolsuz bərabərliklə başa vurub.
Qalibi müəyyən etmək üçün keçirilən penaltilər seriyasında Qırğızıstan millisi 4:2 hesabı ilə qalib gəlib. Bu nəticə ilə Azərbaycan yığması turniri qol vurmadan tamamlayıb.
Komanda əvvəlki oyunlarda Türkmənistana 0:3, Türkiyəyə isə 0:6 hesabı ilə məğlub olub.
Zemfira Ms
Fins.az